THERMOMAX® BOND 40

  THERMOMAX® BOND 40, sement əsaslı, polimer qatqılı, fasad istilik izolyasiya kompozit sistemlərində (ETICS) istifadə olunan lövhə yapışdırıcısıdır. Genişləndirilmiş polistirol (EPS), ekstruziya polistirol (XPS) və daş yunu əsaslı istilik izolyasiya lövhələrinin; beton, suvaq, kərpic və qazbeton kimi mineral əsaslı səthlərə yapışdırılmasında istifadə edilir.
Fasad istilik izolyasiya kompozit sistemlərinin (ETICS) tərkib hissəsidir. Sistem performansı EAD 040083-00-0404 (ETAG 004) çərçivəsində qiymətləndirilir. Məhsul performansı EN 1542, EN 13494 və EN 1015-19 sınaq metodlarına əsasən müəyyən edilmişdir.

İstifadə Sahələri
•    Fasad istilik izolyasiya kompozit sistemlərində (ETICS) lövhə yapışdırılmasında
•    Daxildən divar istilik izolyasiyası tətbiqlərində
•    Zirzəmi və qaraj tavanının istilik izolyasiyası tətbiqlərində
•    EPS, XPS və daş yunu lövhələrin mineral əsaslı səthlərə yapışdırılmasında

Üstünlükləri
•    EPS, XPS və daş yunu lövhələrə yüksək yapışma müqaviməti təmin edir
•    Polimer qatqısı sayəsində elastikdir; istilik hərəkətlərini qarşılayır
•    Yüksək su buxarı keçiriciliyinə malikdir; divarın nəfəs almasına mane olmur
•    Daxili və xarici mühitlərdə istifadə edilə bilər
•    Asan hazırlanır və tətbiq olunur; sürüşmür
•    Donma-əriməyə davamlıdır

Ümumi Məlumatlar

Materialın tərkibi

Sement, mineral doldurucular və polimer qatqılar

Görünüşü

Boz toz

Ən böyük aqreqat dənə ölçüsü

Maks. 0,8 mm

Qarışığın sıxlığı

~ 1,84 kq/dm³

Performans Məlumatları

Səthə yapışma müqaviməti – beton (EN 1542)

≥ 0,50 N/mm²

Lövhəyə yapışma müqaviməti – EPS (EN 13494)

≥ 0,08 N/mm²

(qopma izolyasiya lövhəsinin içində)

Lövhəyə yapışma müqaviməti – daş yunu (EN 13494)

≥ 0,015 N/mm²

(qopma izolyasiya lövhəsinin içində)

Su buxarı diffuziya müqavimət əmsalı (EN 1015-19)

μ ≤ 25

Tətbiq Məlumatları

Qarışıq nisbəti

6,25 – 6,75 litr su / 25 kq toz

(~ 0,25 – 0,27 litr su / 1 kq toz)

Qabda istifadə müddəti

~ 2 saat

Açıq gözləmə müddəti

≥ 15 dəqiqə

Dübelləmə üçün gözləmə müddəti

Ən azı 24 saat

Setkalı suvağa keçid müddəti

Ən azı 3 gün

Tətbiq və səth temperaturu

+5°C / +30°C

İstismar temperaturu

−20°C / +80°C

Sərfiyyat

4,5 – 6,0 kq/m²

(tətbiq üsuluna görə)

Təhlükəsizlik Məlumatları

Yanğına reaksiya sinfi (EN 13501-1)

A2-s1,d0

Təhlükəli maddələr

TMF-ə baxın


Göstərilən texniki dəyərlər +23°C mühit temperaturu və %50 nisbi nəmlik şəraitində əldə edilmişdir. Yüksək temperatur müddətləri qısaldır, aşağı temperatur uzadır.

THERMOMAX® BOND 40 AZ

THERMOMAX® BOND 40 TR

THERMOMAX® BOND 40 EN

THERMOMAX® BOND 40 RU